Rasim Quliyev məhkəmə zalından azadlığa buraxıldı
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda yekun qərar verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və R.Quliyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Quliyev 3 il müddətə azadlıqdan məhrum edilmişdi. O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. O, bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. R.Quliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunsuz tikinti aparılmasına icazə vermə) maddələri ilə ittiham olunub. İttihama əsasən, R.Quliyev BŞİH başçısının birinci müavini, daha sonra isə başçısı səlahiyyətlərini icra edərkən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.
R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.
Daha çox