“Ukrayna mədəniyyətini sevirəm, oradan çoxlu dostlarım var” - Lavrov

XƏBƏR
16:10
16 Mart 2022
615

“Ukrayna mədəniyyətini, Ukrayna dilini və Ukrayna xalqının yumorunu özünəməxsus ironiyasına görə sevirəm”.

Sabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində deyib.

“Bizim Ukrayna xalqına qarşı heç vaxt iddiamız olmayıb. Şəxsən mənim çoxlu ukraynalı dostlarım var. Mən Ukrayna mədəniyyətini - bu yumşaqlığı, Ukrayna dilini, Ukrayna mətbəxini sevirəm, həmişə özünə ironiya ilə yanaşan və tez-tez Ukrayna xarakterinə xas olan hiyləgərliyi ortaya qoyan Ukrayna yumorunu sevirəm.

Əminəm ki, bizim vətəndaşlarımızın böyük əksəriyyətinin Ukrayna xalqına qarşı heç bir iddiası yoxdur, necə ki, Ukrayna xalqının da Rusiya xalqına qarşı heç bir iddiası yoxdur. Lakin (Qərb ölkələri) Ukrayna xalqını “zəiflətməyə” və hər cür yolla ruslara qarşı durmasına təşviq etməyə başladılar”, - deyə nazir əlavə edib.

Xəbər lenti