Şirvanda qardaş bacısını boğazından vuraraq öldürübmüş - Təfərrüat

XƏBƏR
11:42
16 Mart 2022
376

Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, martın 14-də 1952-ci il təvəllüdlü Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi və dəfn edilməsi ilə bağlı araşdırma aparılıb.

Meyitin qəbirdən çıxarılması (ekshumasiya) çıxarılması təmin edilməklə məhkəmə-tibb ekspertinə təqdim edilib. Müayinə zamanı onun bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Alim Rəsulov martın 14-də yaşadıqları evdə bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq öldürüb. A.Rəsulov tutulub, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti