Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

ÖLKƏ
11:03
16 Mart 2022
555

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib.

Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Onun yerinə də təyinat olub. Nazirin əmri ilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşı 22-ci Polis Bölməsinin rəisi təyin edilib.

Xəbər lenti