Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü - Video

ÖLKƏ
15:46
14 Mart 2022
422

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

***

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti