Niderlandın Səhiyyə naziri koronavirus müzakirəsində huşunu itirdi - Video

XƏBƏR
09:27
19 Mart 2020
69

Niderlandın Səhiyyə naziri Bruno Bröyns parlamentdə koronavirusla mübarizə problemlərinin müzakirəsi zamanı huşunu itirib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə deputatlardan birinin ona sual ünvanladığı zaman baş verib.

Bröyns daha sonra ona dəstək olanlara sosial media hesabında təşəkkür edib:

“Mən ağır keçən həftələrin yorğunluğu səbəbindən huşumu itirdim. İndi özümü daha yaxşı hiss edirəm. Sabah yenidən koronavirusla mübarizə aparmaq üçün işə qayıdacağam".

Xəbər lenti