Yarıçılpaq qadınlarla reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq

XƏBƏR
01:57
19 Mart 2020
93

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dam örtüyü materiallarının satışı ilə məşğul olan şirkətin məhsullarını yarıçılpaq qadın fotoları ilə reklam etməsi ilə bağlı araşdırma aparacaq.

Sabah.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Facebook” səhifəsində məlumat verib.

“Paylaşdığım reklamla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gecənin bu zamanında zəng gəldi. Sabah ertədən bu məsələ ilə bağlı məşğul olacaqlarını bildirdilər”, - deyə Mehriban Zeynalova qeyd edib.

O, şirkətin öz məhsullarını yarıçılpaq qadınların fotoları vasitəsilə reklam etməsini qadın hüququna zidd olduğunu bildirib.

Qeyd edək ki, dam örtüyü materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan bir şirkət məhsullarını "damortuyu" adlı “Facebook” səhifəsində yarıçılpaq qadın fotoları vasitəsilə satışa çıxarıb. Bu da izləyicilərin narazılığına səbəb olub.

Xəbər lenti