ATƏT regiondakı monitorinqləri dayandırdı - Bəyanat

XƏBƏR
00:43
19 Mart 2020
42

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik regionda monitorinqlərin dayandırılması ilə bağlı bəyanat yayıb.

Sabah.az xəbər verir ki, A.Kasprşik bu qərarın verilməsinə koronavirus infeksiyasının (COVİD-19) səbəb olduğunu deyib.

O bildirib ki, koronavirusun yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət, habelə risklərin azaldılması üçün təmas məhdudiyyətlərinə səbəb olub.

Səfirin sözlərinə görə, tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinqlər dayandırılacaq. O, müvafiq hərbi qurumlarla əlaqə saxlamağı davam etdirəcəyini də bildirib.

Xəbər lenti