“Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırdı

XƏBƏR
09:30
9 Mart 2022
215

“Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.

Sabah.az xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub.

“Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir.  Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.

Xəbər lenti