Rusiya aviaşirkəti Azərbaycana uçuşları yenidən dayandırdı
17:58
8 Mart 2022
176Rusiyanın “Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları yenidən dayandırıb.
Sabah.az xəbər verir ki, şirkət martın 8-dən 26-dək Azərbaycana – Bakı, Gəncə və Lənkərana uçuşları dayandırıb.
Qeyd edək ki, “Uralskiye avialinii” martın 5-də Azərbaycan, BƏƏ, İsrail və Ermənistana uçuşları ləğv etməsi barədə məlumat yayıb. Lakin sonradan Azərbaycan istiqamətində marşrutlar bərpa edilib. İndi Rusiyanın şəhərlərindən Azərbaycana birbaşa reyslər yenidən dayandırılıb.
Daha çox