Ukrayna birbaşa danışıqlar üçün Putinə müraciət etdi

XƏBƏR
12:51
8 Mart 2022
270

Ukrayna Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istəyir.

Sabah.az unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib.

“Prezidentimiz heç nədən, o cümlədən Putinlə birbaşa görüşdən qorxmur. Putin də qorxmursa, görüşə gəlsin, oturub danışsın”, - XİN rəhbəri bildirib.

O, həmçinin martın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün planlaşdırıldığını təsdiqləyib.

Xəbər lenti