Prezident Raquf Orucovun xanımını təltif etdi

ÖLKƏ
13:43
7 Mart 2022
397

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Sabah.az xəbər verir ki, təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Raquf Orucovla Sevinc Alızadənin 2 övladı var.

Xəbər lenti