Füzulidə ata qızını qətlə yetirdi

XƏBƏR
09:41
7 Mart 2022
422

Füzulidə ata qızını qətlə yetirib.

Rayon Prokurorluğundan Sabah.az-a bildirilib ki, martın 6-da 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin R.Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Ağarəhim Niftəliyev tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

Xəbər lenti