“Virus Zlatana gəlməzsə, Zlatan virusa gedər”

İDMAN
22:48
18 Mart 2020
75

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç koronavirusla mübarizə üçün yardım aksiyasına başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə isveçli ulduz “Facebook” hesabında məlumat yayıb. 38 yaşlı hücumçu video vasitəsi ilə bildirib:

"İtaliya mənə çox şey verib. Belə dramatik vəziyyətdə sevdiyim ölkəyə kömək olmaq üçün nə isə etməliyəm. Humanist insanları mənimlə birgə xəstəxanalara yardım etməyə çağırıram. Mesajımı çox insana çatdırmaq üçün videodan istifadə etməyi qərara aldıq. Həmkarlarımın, bütün peşəkar idmançıların, imkanına uyğun kiçik və ya böyük töhfə vermək istəyən insanların səxavətinə güvənirəm. Vəziyyət ciddidir. Yalnız video çəkmək yox, kömək lazımdır. Birlikdə həyatımızı xilas etmək üçün hər gün çalışan xəstəxanalara, həkimlərə və tibb bacılarına həqiqətən kömək edə bilərik. Bu matçda qalib gəlmək üçün koronavirusu birlikdə vuraq! Və unutmayın, əgər virus Zlatana gəlməzsə, Zlatan virusa gedər!"

Xəbər lenti