Bu gün buraxılış imtahanı keçiriləcək

XƏBƏR
09:10
5 Mart 2022
216

Dövlət İmtahan Mərkəzi bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən Sabah.az-a verilən məlumata görə, imtahanlar 30 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Bu gün keçiriləcək imtahanlarda 22 902 şagirdin iştirakı nəzərdə tutulur.

Xəbər lenti