“Kontakt”dan “Qadınlar Günü”nə özəl kampaniya - 50 faizədək endirimlər başladı

XƏBƏR
13:56
4 Mart 2022
203

“8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində “Kontakt” xanımların könlünü, bəylərin isə büdcəsini sevindirəcək kampaniyaya start verdi.

Artıq bu gündən martın 9-dək bütün “Kontakt Home”, “Kontakt Smart” və “Kontakt Mebel” mağazalarında nağd alışda 50 faizədək endirimlər, kreditlə alışda isə telefonlar üçün 12 ay ilkin ödənişsiz, faizsiz, TV, məişət, ev tekstili məhsulları üçün 18, mebellər üçün isə 24 ayadək ilkin ödənişsiz, faizsiz, həmçinin, komissiyasız şərtlər qüvvədə olacaq.

Bir-birindən maraqlı, faydalı və zövqlü hədiyyə seçimlərinin bəzilərinə, gəlin, birlikdə nəzər salaq. Nağd alışda:

“Philips” Fen-Daraq dəstinin 5 başlığı sayəsində düz, həcmli və təbii buruqlardan ibarət saç düzümü əldə etmək mümkündür. Qiymət 200 yox, cəmi 149 manat;

Qiyməti 40 yox, sadəcə 29 manat olan “Gorenje” ütüsü ağ-mavi rəngdə olub, asan idarəetmə panelinə sahibdir. Üstəlik, modelin şaquli buxarlanma funksiyası paltarları asılqandan çıxarmadan ütüləmə imkanı yaradır;

Erqonomik dizayn “Xiaomi” blutuz qulaqlıqlarını hətta məşq zamanı belə qulaqlarınızda rahat və təhlükəsiz saxlayır. 18 saatadək maksimal çalışma özəlliyi ilə bu qulaqlığı həm musiqi dinləyərkən, həm film izləyərkən, həm də uzun telefon danışıqları zamanı ürək rahatlığı ilə istifadə etmək olar. Qiymət 65 yox, cəmi 49 manat.

Kreditlə alışda;

Ayda cəmi 49 manata təklif olunan “Braun Silk-Expert Pro” fotoepilyatoru 3 ay qədər qısa bir müddətdə arzuolunmaz tüklərin ciddi dərəcədə azalmasına zəmanət verir. Optimal prosedurun effektivliyi və təhlükəsizliyi üçün cihaz işığın intensivliyini dəri rənginə uyğun tənzimləyir.

Adi paltaryuyan maşınlardan fərqli olaraq, “LG” paltaryuyanı müxtəlif növ parçalara və paltarların çirklənmə dərəcəsinə ən uyğunlaşdırılmış geniş fırlanma variantlarına malikdir. Yeni “Steam” texnologiyası incə və həssas dərilərin qayğısına qalmaq üçün “uşaq geyimi”, “hipoallergen”, “pambıq + buxar” olmaqla, 3 dövr üzrə xüsusi olaraq ərsəyə gətirilib. Elə bu məhsulu da ayda cəmi 49 manat ödəməklə almaq mümkündür.

Metal korpuslu funksional “iPhone 11” smartfonu 6 nüvəli Apple A13 Bionik prosessoru ilə proqramlar arasında sürətli keçid etməyi və oyun oynamağa təmin edir. Kampaniya çərçivəsində münasib qiymətə - ayda cəmi 117 manata təklif olunan modelin 6,1 düym olan ekranı təsvirləri heyrətamiz rəng detalları ilə ötürür.

Odur ki, kampaniya bitmədən “8 Mart” hədiyyələrinizi ən sərfəli şərtlərlə almağa tələsin! Var olduqları hər yerə gözəllik gətirən qadınlar üçün “Kontakt”da on minlərlə hədiyyə seçimi mövcuddur.

Ətraflı məlumat almaq üçün “kontakt.az” saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

“Kontakt” qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları ürəkdən təbrik edir!

Xəbər lenti