Albert Mustafayev vəfat etdi
Əməkdar rəssam, tanınmış heykəltəraş, Prezidentin fəxri diplomunun laureatı Albert Mustafayev 91 yaşında vəfat edib.
Sabah.az xəbər verir ki, sənətkarın dəfni ilə əlaqədar məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Qeyd edək ki, A.Mustafayevin müəllifi olduğu əsərlər sırasında Bakıdakı “Bəhram Gur əjdahanı öldürür” fontan kompazisiyası, Şuşada Molla Pənah Vaqifin məqbərəsindəki Vaqifin büstü, eləcə də paytaxt və regionlarda digər bir sıra əsərlər var.
Daha çox