“Danışıqlar bu gün keçiriləcək” - Lavrov

XƏBƏR
14:08
3 Mart 2022
233

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar bu gün baş tutacaq”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiyanın XİN rəhbəri hesab edir ki, danışıqların başlamasının ləngiməsi Ukrayna tərəfinin Vaşinqtondan təlimat alması ilə bağlıdır: “Mən şübhə etmirəm ki, bu ölkə tamamilə asılıdır. Buna baxmayaraq, danışıqlar aparılmalıdır”.

Lavrov Ukrayna ətrafındakı böhranın həll yolunun tapılacağına əmin olduğunu sözlərinə əlavə edib: “Rusiyanın şərtləri minimaldır”.

Xəbər lenti