Prezident deputata yüksək vəzifə verdi

ÖLKƏ
11:23
3 Mart 2022
480

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edib.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 43 yaşlı Şahin Seyidzadə hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti