Əjdər Olun 11 il həbsi tələb edildi
Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) məhkəməsi yekunlaşmaq üzrədir.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib.
Daha çox