Eldar Mahmudovun ölüm xəbəri yayıldı - Vəkildən açıqlama

ÖLKƏ
13:30
2 Mart 2022
376

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.

Sabah.az xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.

Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.

***

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailə vəkili Cavid Rzazadə xəbərin yalan olduğunu bildirib:

“Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.

Xəbər lenti