Zelenski Avropa Parlamentində çıxış etdi - Video
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avropa Parlamentində çıxış edir.
Sabah.az xəbər verir ki, Zelenski çıxışı zamanı Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb:
“Belə bir ifadə var - Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim.
Hörmətli iştirakçılar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız və həyat üçün, indi isə həyatda qalmaq üçün mübarizə aparırıq və bu, bizim əsas motivasiyamızdır. Lakin biz həm də Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Hesab edirəm ki, biz hər kəsə kim olduğumuzu göstəririk. Aİ bizimlə möhkəm olacaq”.
Avropa parlamentinin deputatları Zelenskini ayaqüstə alqışlayıb.
Daha çox