Göyçayda qız qaçıran ata-oğul tutuldu

ÖLKƏ
12:44
1 Mart 2022
263

Göyçayda ata və oğul qız qaçırıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, fevralın 26-sı Göyçay rayonunda A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İstintaq davam edir.

Xəbər lenti