“Etopaz” 10 yaşında - Video

XƏBƏR
10:23
1 Mart 2022
220

Bu gün Azərbaycanda nüfuzlu mərc oyunlarının qanuni elektron ünvanlarından Etopaz.az-ın 10 yaşı tamam olur.

Etopaz.az 2012-ci ilin martın 1-də Bakıda təsis olunub. www.etopaz.az-ın işlətmək hüququ “Bal Line” şirkətinə məxsusdur.

Qeyd edək ki, şirkətə iş adamı, keçmiş teleşərhçi Altay Əliyev rəhbərlik edir.

“Etopaz”ın yaydığı açıqlamada isə deyilir:

“Ölkəmizin ilk və qanuni mərc saytı olan “Etopaz” bu gün 10 yaşını qeyd edir. 1 mart 2012-ci ildən keçmiş şərhçi Altay Əliyevin rəhbərlik etdiyi və uzun illər “Netbet” MMC adı altında fəaliyyət göstərən şirkət “Etopaz”ı ölkənin bir nömrəli mərc saytına çevirməyi bacarıb. Hal-hazırda “BAL LINE” adı ilə fəaliyyət göstərən şirkət müştəri məmnuniyyətini artırmaq üçün daima inkişafdadır. “Etopaz”ın 7/24 aktiv olan Call Center, LIVE chat, “Pul köçür” və “Pul götür” xidmətləri müştərilərin maksimum komfortlu şəkildə mərc etməsinə hesablanıb. Bundan başqa ödəmə kanallarının geniş seçimi - nağd və ya kart üsulu da “Etopaz”ın müştəriləri tərəfindən rəğbət görməsinə səbəb olub. Həmçinin “Etopaz” sərfəli bonus kampaniyaları ilə mərcsevərləri daima sevindirməyi bacarır”.

Sabah.az saytı “Etopaz” kollektivini təbrik edir, daha böyük uğurlar arzulayır.

Xəbər lenti