Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb
Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması proseduruna başlanılıb.
Sabah.az xəbər verir ki, bu barədə Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Çentsov tvitter səhifəsində yazıb.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim etdim”, - Çentsov bildirib.
O əlavə edib ki, müraciət qeydə alınıb.
Daha çox