Prospektdəki qəza tıxac yaratdı - Foto

XƏBƏR
16:31
28 Fevral 2022
279

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Sabah.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Şəhər mərkəzi və “Koroğlu” metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib. Sıxlıq baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb. Qəza ilə əlaqədar “ASK Arena”dan “Koroğlu” stansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Xəbər lenti