Belarus Rusiya-Ukrayna görüşündən nəticə gözləyir - Video

XƏBƏR
15:29
28 Fevral 2022
428

“Prezident Aleksandr Lukaşenko ümid edir ki, Rusiya və Ukrayna bütün böhran məsələlərinin həllini tapa biləcəklər. Bütün belaruslular buna dua edirlər”.

Sabah.az “Belta”ya istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey ölkədə Rusiya-Ukrayna danışıqlarından əvvəl deyib.

“Özünüzü tam təhlükəsiz hiss edə bilərsiniz. Bu, bizim müqəddəs borcumuzdur. Bu günkü görüşün təşkilinə dair istənilən tələb və təklifləriniz qəbul olunacaq və həyata keçiriləcək. Nəticə gözləyirik”, - deyə Makey söyləyib.

Xatırladaq ki, Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar keçirilir.

Xəbər lenti