Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilmədi

XƏBƏR
14:50
28 Fevral 2022
267

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Hakim Məhəmmədəli Rzayev şikayəti təmin etməyib.

Qeyd edək ki, E.Səlimov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti