Bakıda uçqun olan binada 4 nəfər xəsarət alıb - Fotolar+Yenilənib

XƏBƏR
16:29
24 Fevral 2022
307

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.

***

Baş Prokurorluqdan bildirilib ki, söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Onlara ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib. İctimaiyyətə əlavə məlumat veriləcək.

Fotolar: Qafqazinfo

Xəbər lenti