Vətəndaşlarımızın Macarıstandan təxliyəsinə başlanılır - Səfirlik
Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.
Daha çox