Bakı-Qazax yolunda “Ford” aşdı - Foto

HADİSƏ
16:22
23 Fevral 2022
504

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Ford" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti