Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi

XƏBƏR
17:14
23 Fevral 2022
314

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbə sakini X.İbrahimovun tüfənglə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

X.İbrahimov saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, X.İbrahimovun Bəhrəmtəpə qəsəbə bələdiyəsinin sədri İman İbrahimovun qardaşı olduğu bildirilir.

Xəbər lenti