Ermənilər Füzulini atəşə tutdu

ÖLKƏ
14:33
23 Fevral 2022
511

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Sabah.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Xəbər lenti