Həbsdə ölən icra başçısının əmlakları müsadirə edilməyəcək

XƏBƏR
12:39
23 Fevral 2022
300

Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Tatarovun vəkili İlham Əsədov bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə R.Tatarovun həbs müddəti 3 ay azaldılaraq, 8 il 6 aydan 8 il 3 aya endirilib. Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə müddət keçdiyi üçün onun üzərindən ittiham götürülüb.

N.Quliyevin cinayət işinə isə vəfat etdiyi üçün bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. N.Quliyev ötən il sentyabrın 7-də koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş, orada vəfat etmişdi.

Xəbər lenti