İlham Əliyev və Vladimir Putin bəyannamə imzalayacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək.
Sabah.az Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Prezident fevralın 22-si Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Bildirilir ki, səfər zamanı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı bəyanatların icrasını müzakirə edəcəklər.
“Görüş zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunur ki, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.
Daha çox