İlisu Dövlət Təbiət Qoruğunda gecə yanğın başlayıb

XƏBƏR
10:10
21 Fevral 2022
266

İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

Xəbər lenti