Zərdabda yanğında ölən qızın və yaralı qardaşının - Fotosu

XƏBƏR
15:47
19 Fevral 2022
353

Xəbər verdiyimiz kimi, ötən gün Zərdab rayonunun Çallı kəndində ev yanıb. Yanğın nəticəsində 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və onun 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızı yanaraq vəfat ediblər.

Sabah.az xəbər verir ki, yanğında Pərvanə Əhmədovanın oğlu, 7 yaşlı Əhmədli Gülməmməd və onun nənəsi ağır yanıq xəsarətləri ilə Bakı şəhərinə gətirilərək 5 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə nəticəsində həyatını itirən 9 yaşlı Gülayə və ağır yanıq xəsarəti alan qardaşı Gülməmmədin fotosunu təqdim edirik:

Xəbər lenti