Bərdədə azyaşlı qızın nişanlanması ilə bağlı açıqlama - Video

ÖLKƏ
11:40
19 Fevral 2022
594

Sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın məcburən nişanlanması ilə bağlı görüntülər yayılıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadədə də bununla bağlı çoxsaylı müraciətlər aldığını bildirib.

Sabah.az xəbər verir ki, o, həmin görüntülərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülməməsi ilə bağlı narazılığını ifadə edib:

“Dünəndən 221 nəfər bu videonu mənə göndərib. Mənə yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərin, onlar dərhal “nəzarətə” götürsünlər. Komitədən açıqlama olub? Bilmirsiniz? Bu qız deyilənə görə, Bərdə rayonu, Soğanverdi kəndindəndir...”

DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev görüntülərin araşdırıldığını bildirib:

“Görüntülərin Bərdə rayon Soğanverdi kəndində olması ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb. Araşdırmalar davam etdirilir”.

Xəbər lenti