Zərdabda yanğında ana ilə azyaşlı qızı öldü

HADİSƏ
09:45
19 Fevral 2022
586

Zərdab rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sabah.az-a verilən məlumata görə, yanğın rayonun Çallı kəndində qeydə alınıb.

Ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti