Milli Məclisin bu işçiləri hər gün müayinə olunacaq
Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək.
Sabah.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Sərəncama əsasən, Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilməlidir.
Bundan başqa, qurumun İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin edəcək.
Qeyd edək ki, sözügedən sərəncam koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədardır.
Daha çox