Bir ailənin həlak olduğu qəzanın görüntüləri - Video

HADİSƏ
11:29
18 Fevral 2022
451

Dünən Qusarda dəfnə gedən ata, ana və azyaşlı övladının ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Həmin gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Qəzada ölən Fidan dəm qazından boğulan Əminənin bacısı imiş.

Xəbər lenti