Müdafiə Nazirliyinin polkovniki həbs edildi

ÖLKƏ
16:03
17 Fevral 2022
495

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.

Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl DTX Müdafiə Nazirliyində əməliyyat keçirib. Maliyyə pozuntularına yol verən bir neçə yüksək rütbəli hərbçi saxlanılıb. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Xəbər lenti