O sürücü dekabrda DANX-nin yolunu da bağlayıbmış

XƏBƏR
15:31
17 Fevral 2022
298

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində yolun bağlanmasına səbəb olan daşıyıcı Rəmiş Cəfərovun daha əvvəl də yük maşını ilə Dövlət Avtomobil Xidmətinin (DANX) inzibati binasının qarşısında saxlayaraq yolu bağladığı məlum olub.

Sabah.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, DANX-nin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub:

“Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb”.

Xəbər lenti