Etiraz aksiyasına görə heç bir məmur cəzalandırılmayıb - Rəsmi+Yenilənib

ÖLKƏ
14:45
17 Fevral 2022
511

Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

Sabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığını bildirib.

Nazirlikdən Sabah.az-a daxil olan məlumatda bildirilir ki, yayılan xəbər həqiqəti əks etdirmir:

“Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.

Xəbər lenti