Ənvər Əhməd vəfat etdi

XƏBƏR
11:10
17 Fevral 2022
304

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd 78 yaşında vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə yaxınları məlumat veriblər.

Qeyd edək ki, Ənvər Əhməd 1943-cü il avqustun 8-də  Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

O, müxtəlif illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunun rektoru, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru , Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib.

Filologiya üzrə fəlsəfə doktoru olan. Ə. Əhməd "Tərəqqi" medalı və "Qızıl qələm" mükafatı laureatı idi.

Xəbər lenti