Sumqayıtda ata qızını naqillə boğub öldürdü
Sumqayıtda qətl hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Tuq zavod” yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Daha çox