Zakir Həsənov Laçındakı hərbi hissələrdə - Video

ÖLKƏ
17:38
11 Fevral 2022
348

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə Nazirliyindən Sabah.az-a verilən məlumata görə, şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissənin tibb məntəqəsində olub. Nazir tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Müdafiə naziri döyüş və avtomobil texnikası parkında hərbi texnikanın saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə də maraqlanıb.

Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb.

Hərbi hissələrin xidməti döyüş fəaliyyəti ilə də maraqlanan müdafiə naziri ölkə başçısının Ordumuz qarşısında qoyduğu vəzifələrin icrası, eləcə də döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verib.

Xəbər lenti