İbrahim Əhmədova yeni vəzifə verildi

XƏBƏR
11:58
11 Fevral 2022
220

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova yeni vəzifə verilib.

Sabah.az xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, şirkətdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

İ.Əhmədovun sözlərinə görə, işi SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. O, əlavə edib ki, eyni zamanda mətbuat katibi funksiyasını da icra edəcək.

Xəbər lenti