Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - Video

ÖLKƏ
10:12
11 Fevral 2022
287

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib.

Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Qeyd edək ki, hadisə fevralın 5-də “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

Xəbər lenti