Sobanı yandırmaq istəyəndə partlayış oldu, ər-arvad yaralandı

HADİSƏ
14:13
18 Mart 2020
118

Qaxda qaz sızmasından partlayış olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qıpçaq kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova yaşadığı evdə qaz sobasını yandırmaq istəyən vaxt anidən partlayış baş verib.

Nəticədə Narıngül Osmanova və əri 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləriylə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti